HADİSƏ

Mingəçevirdə yanğın olub

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 20 iyul — Sputnik. Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.