BAKI, 20 iyul — Sputnik. İyulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub.
Sputnik Azərbaycan xəbər verir ki, Yelisey Sarayının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü. Paris, Yelisey Sarayı, 20 iyul 2018-ci il
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.