CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgi sərhəd tanımır: Azərbaycanlı idmançı rusiyalı biznesmenə ərə getdi

Cütlük çoxdan bir yerdədir və nəhayət münasibətlərini rəsmiləşdirmək qərarına gəlib
Sputnik

BAKI, 20 iyul — Sputnik. Azərbaycanlı idmançı Samirə Mustafayevanın Moskvada toyu olub. O, rusiyalı iş adamı və idmançı Niklə ailə həyatı qurub.

Sputnik Azərbaycan bu barədə Nikin Instagram sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir. O, sosial şəbəkədə qimnast qızla evləndiyini bildirib.

 

 

Cütlük çoxdan bir yerdədir və nəhayət münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Amma onlar dəbdəbəli toydan imtina ediblər. Mustafayeva nikah mərasimindən dərhal sonra Fransaya yola düşüb. O, burada böyük sayda fransızın iştirakı ilə layihə həyata keçirir.

Qeyd edək ki, Mustafayeva həyat yoldaşı ilə sosial şəbəkədə tanış olub.

Samirə Mustafayeva azərbaycanlı gimnastdır. Dəfələrlə komanda yarışlarında dünya çempionatlarının mükafatçısı olub, Sankt-Peterburqun mütləq çempionu, Rusiya idman ustasıdır. Əvvəlcə Azərbaycan yığmasının şərəfini qoruyub, sonra Rusiya yığmasının tərkibində çıxış edib. 2013-cü ildə karyerasını başa vurub və hazırda Moskvada yaşayır.