İQTİSADİYYAT

İqtisadçı: “Azərbaycanın alternativ enerji əldə etməyə yetərincə imkanları var”

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, kənd təssərrüfatının inkişafı bioqaz enerjisi əldə etməyə imkan verir
Sputnik

Müslüm İbrahimov: “Ucqar yerlərin tələbatını alternativ enerji ilə qarşılamaq olar”
“Bəzi ölkələrdə alternativ enerji mənbələri əsas enerji təminatçısıdır”. Bunu Sputnik Azərbaycan-a Azərbaycanın alternativ enerji imkanları haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert bildirib ki, Azərbaycanın alternativ enerji ilə təmin olunması üçün bir neçə imkanı mövcuddur: “Bunlardan ilki külək enerjisidir. Digər tərəfdən günəş enerjisi və bioenerji əldə etmək üçün də imkanlarımız var. Kənd təssərrüfatının, xüsusən də heyvandarlığın inkişafı bioqaz enerjisi əldə etməyə imkan verir. Ucqar yerlərdə bioqaz enerjisi əldə etmək üçün müəssisələr yaradılsa həmin əraziləri elektrik enerjisi ilə tam təmin etmək olar”.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2015-2018-ci illər üçün agentliyin strateji planı hazırlanıb. Bu planda hədəf-alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, məqsəd-bərpa olunan enerji potensialının müəyyən olunması və ondan istifadənin genişləndirilməsi, fəaliyyət olaraq isə ölçü-müşahidə stansiyalarının qurulması göstərilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz