HADİSƏ

Qubada yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 19 iyul — Sputnik. Quba rayonunun Küçeyi kəndində ümumi sahəsi 56 m2 olan tövlənin dam örtüyünün yanar konsturuksiyaları 20 m2 sahədə və damına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.