CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident icbari tibbi sığorta ilə bağlı vacib sənəd imzaladı

Prezident İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə pul ayırdı
Sputnik

BAKI, 19 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.