SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Fransada görüşlərə başlayıb

Səfər Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutub
Sputnik

BAKI, 19 iyul — Sputnik. Prezident İlham Əliyev iyulun 19-da Fransaya səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, səfər Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutub.

İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşüb.

Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.