BAKI, 19 iyul — Sputnik. Evdə bud böyütmə əməliyyatı faciə ilə bitib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Braziliyada həyata keçirdiyi bud böyütmə əməliyyatı ilə tanınan "Dr. Bumbum" ləqəbli Denis Furtado adlı cərrah bir xəstəsinin əməliyyat nəticəsində ölməsindən sonra yoxa çıxıb.
Təhqiqatçılar müəyyən edib ki, Furtado Rio-de-Janeyro şəhərindəki lüks məhəllələrdən birindəki evdə Lilian Kalixto adlı qadının budlarını böyütmə əməliyyatı keçirib. Əməliyyatdan sonra qadının vəziyyəti pisləşib, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Furtadonun qadının buduna mübahisəli pleksiglas maddəsi vurduğu iddia edilir.
İki uşaq anası olan Lilian xəstəxanaya gətirildiyi zaman ürək atışının yüksək olduğu, təzyiqinin qalxdığı və 4 dəfə infarkt keçirərək öldüyü məlum olub.
Polis 45 yaşlı Furtadonun həbsi ilə bağlı qərar çıxarıb. Hazırda həkim axtarılır. Onun sevgilisi əməliyyatda iştirak etmə səbəbilə saxlanılıb.
Instagram hesabında 650.000 təqibçisi olan Furtado Braziliya televiziyalarında tez-tez çıxış edib.