HADİSƏ

Xəzərdən həyəcan siqnalı daxil olub

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib
Sputnik

BAKI, 18 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinə (FHN) bir nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşdiyinə dair məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.