SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xəzərin taleyinin həll olunacağı gün bəlli oldu

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir
Sputnik

BAKI, 17 iyul — Sputnik. Xəzəryanı dövlətlərin sammiti avqustun 12-də Aktauda keçiriləcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov bildirib.

Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”

Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq 5-ci Xəzər sammitindəki iştirakını təsdiqləyib: "Hazırda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici işlər nazirlikləri avqustun 12-də Aktauda baş tutacaq sammitə hazırlıqla bağlı fəal iş görür".

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanını yaradır.

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçıları olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları vurğulanılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada bildirilir.