Tətil cənnəti su altında qaldı — VİDEO

İspaniya rəhbərliyi sunamidən heç kimin zərər görmədiyini bildirib.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Sunami dünyada məşhur olan turizm cənnətini məhv edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, səhər saatlarında İspaniyada Majorka və Minorka tətil əraziləri su altında qalıb. Sahildə dayanan gəmilər də sunaminin qurbanı olub. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə insanların qaçmağa çalışdığı müşahidə olunur.

İspaniya rəhbərliyi isə sunamidən heç kimin zərər görmədiyini bildirib.

Meteosunami adı verilən, ani hava dəyişməsi və fırtınaya səbəb olan sunamilər indiyə qədər Ağ dəniz, Meksika körfəzi və s. ərazilərdə qeydə alınıb. Ötən il bənzər hadisə Hollandiya sahillərində də qeydə alınmışdı. Sunami zamanı çimərlikdəki insanlar suya qərq olmuşdu.