SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti Rusiyaya nə zaman gedəcək?

Səfər avqustun 30-da deyil, sentyabrın 1-də baş tutacaq
Sputnik

BAKI, 17 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfərinin vaxtında dəyişiklik olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Rusiya-Azərbaycan İş Şurasının iclasında çıxış edən nazir Azərbaycan prezidentinin Rusiyaya səfərinin əvvəlcədən qeyd olunduğu kimi, avqustun 30-da deyil, sentyabrın 1-də baş tutacağını söyləyib.