HADİSƏ

Bakıda bu saatlarda dəhşətli hadisə baş verdi - VİDEO

"Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar"
Sputnik

BAKI, 17 iyul — Sputnik. Bakı şəhəri Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü və xəbər yayılıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.

"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı" — deyə şahidlər bildiriblər.

Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".

"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi" — deyə hadisəni video-lentə alan qonşular bildiriblər.