VİDEO

Azərbaycanda tolerantlığın vəziyyəti müzakirə olunub

Azərbaycan tolerantlığın geniş yayıldığı ölkələrdən biridir
Sputnik

Bakı, 17 iyul — Sputnik. Sputnik Azərbaycan Multimedia Mərkəzində "Tolerantlıq" İctimai Birliyinin "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi" adlı layihəsinin yekununa həsr edilmiş tədbir keçirilib.

Tədbirdə "Tolerantlıq" İctimai Birliyinin sədri və layihənin rəhbəri Azər Rəşidoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, ilahiyyatçılar Ağa Hacıbəyli və Rəsul Mirhəşimli, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov və başqaları çıxış ediblər.

Çıxış edənlər ölkəmizdə tolerantlığın hazırkı vəziyyətini qiymətləndiriblər. Qeyd ediblər ki, Azərbaycan tolerantlığın geniş yayıldığı ölkələrdən biridir. Həmçinin həyata keçirilən layihənin mövzusunun Azərbaycan üçün həssas olduğunu vurğulayıblar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.