BAKI, 17 iyul — Sputnik. Azərbaycanda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunun Slavyanka kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.
Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.