Dünya bu kadrlardan danışır: Tramp Putinə göz vurdu – VİDEO

Videonun sonunda Tramp Putinə göz vurur
Sputnik

BAKI, 16 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp Finlandiyanın paytaxtı Helsinkidə rusiyalı həmkarı Vladimir Putinlə keçirilən görüşdə ona göz vurub.

Sputnik Azərbaycan "Qazeta.ru"ya istinadən xəbər verir ki, "Sky News"un müxbiri Mark Stoun bu məqamı "Twitter"də paylaşıb.

​Videoda liderin bir-birlərinin jest və mimikalarını təkrarladığı görünür: Onlar əvvəlcə aşağı baxırlar, sonra növbə ilə pencəklərinə toxunur, ardından bir anlıq əllərini bir-birinə toxundurur və sonda onların baxışları toqquşur.

Videonun sonunda Tramp Putinə göz vurur.