Putin Trampa: "Vaxt çatıb"

İndi isə təbii ki, bizim ikitərəfli əlaqələrimiz və dünyada müxtəlif "ağrılı nöqtələr"lə bağlı ətraflı danışmağın vaxtı çatıb
Sputnik

BAKI, 16 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşün əvvəlində bəyan edib ki, ikitərəfli əlaqələr barədə ətraflı danışmağın və dünyada "ağrılı nöqtələri" müzakirə etməyin vaxtı çatıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Bizim daimi kontaktlarımız davam edir. Biz həm telefonla danışmışıq, həm də müxtəlif beynəlxalq tədbirlər zamanı bir neçə dəfə də görüşmüşük. İndi isə təbii ki, bizim ikitərəfli əlaqələrimiz və dünyada müxtəlif "ağrılı nöqtələr"lə bağlı ətraflı danışmağın vaxtı çatıb. Onların sayı olduqca çoxdur" — deyə Putin vurğulayıb.

Donald Tramp isə ABŞ və Rusiyanın münasibətləri qaydasına salması üçün şansı olduğunu bildirib: "Putinlə danışmağa mövzu var, o cümlədən ticarət, hərbi məsələlər və Çinlə münasibətlə bağlı problemi müzakirə edəcəyik".