Türkiyədə yeni dövr: Baş Qərargah Müdafiə Nazirliyinə tabe edildi

Müvafiq fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb
Sputnik

BAKI, 15 iyul — Sputnik. Türkiyə hərb tarixində yeni dövr başlayıb. Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Müdafiə Nazirliyinə tabe etirilib.

Müvafiq fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Fərmanla Türkiyə Ali Hərbi Şurasının strukturu da dəyişib. Türkiyə prezidentinin müavinləri, xəzinə və maliyyə naziri, təhsil naziri Ali Hərbi Şuranın üzvü olacaq. Ali Hərbi Şura isə Türkiyə prezidentinin müəyyənləşdirəcəyi prezident müavininin çağırışı ilə ildə ən azı bir dəfə toplanacaq. Prezident də lazım olan zaman Ali Hərbi Şuranın iclasını çağıra biləcək.