BAKI, 15 iyul — Sputnik. İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.