Qonşuluqda güclü zəlzələ oldu

Zəlzələnin ocağı 30 metr dərinlikdə qeydə alınıb
Sputnik

BAKI, 15 iyul — Sputnik. İranın cənub-şərqində zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın Avropa Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 4,6 bala çatıb.

Təkanlar gecə saat 01:52-də qeydə alınıb. Zəlzələnin episentri Minab şəhərindən 192 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 30 metr dərinlikdə qeydə alınıb.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.