CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik insanlara xəbərdarlıq etdi: Ehtiyatlı olun

Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib
Sputnik

BAKI, 14 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çimərliklərə gedən şəxslərə müraciət edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.