VİDEO

Məşhur "Miki balı" və haramı sevməyən arılar

Astara rayonunun Miki kəndi nəinki respublikada, hətta bəzi xarici ölkələrdə də məşhurdur.
Sputnik

Miki kəndinin meşə massivinə getdikdə yolboyu arı yeşiklərinin düzüldüyünün şahidi oluruq. Arıçılar öz aralarında yerləri bölüşdürüb, arıları yerləşdiriblər. Maraqlısı odur ki, arı yeşiklərini heç kim qorumur və kiminsə arısına toxunan yoxdur. Səbəbini soruşduqda, belə izah edirlər ki, arı oğurluğu sevmir, haramı götürmür.

Arıya haram əli dəyəndə məhv olur. Arıçılar meşədə düzülmüş arı yeşiklərini avqustun sonunda yenidən kəndə qaytarırlar. Məhsullarını süzəndən sonra vitaminlərini, antibiotiklərini verib qışlamaya hazırlayırlar.