HADİSƏ

Kürdəmirdə ard-arda ağır qəzalar baş verdi, ölənlər var

Hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb
Sputnik

BAKI, 14 iyul — Sputnik. Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb. "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri — 1997-ci il təvəllüdlü Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Masallıda qəza baş verdi, 11 nəfər yaralandı

Bundan başqa, İmişli rayon sakinləri — 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Daha bir hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmiri rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 20-DR-685 dõvlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 24-FR-363 dövlət qeydiyyat nişanlı "Jiquli Vaz 2106" markalı minik avtomobili toqquşub. Nəticədə "Toyota"da olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Gəncə şəhər sakinləri — 1985-ci il təvəllüdlü Loğman Əloş oğlu Abbasov və onun həyat yoldaşı, Tünzalə İrasif qızı Abbasovadır.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.