Evə girən polis dəhşətlə qarşılaşdı: İti sahibinin üz və qarnını yeyirmiş

Qlen Patinsonun 10 gün əvvəl öldüyü təxmin edilir. Ölüm səbəbi isə tibbi ekspertiza tərəfindən araşdırılır
Sputnik

BAKI, 14 iyul — Sputnik. Tailandda tükləri biz-biz edən dəhşətli olay yaşanıb.

Qlen Patinsonun pasportu

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün evindən çıxmayan 62 yaşlı adamın evindən pis qoxu gəlməyə başlayıb. Qoxunu hiss edən qonşular polis çağırıblar. Polislər qapını qıraraq içəri daxil olan zaman dəhşətli hadisə ilə rastlaşıblar. Onlar ev sahibi Qlen Patinsonun cəsədi, daha doğrusu sümüklərini tapıblar.

Qlen Patinsonun evində polis əməkdaşları

Cəsəd tanınmaz hala düşübmüş. Patinsonun 5 yaşlı Cujo adlı iti onun ətini yeyirmi. Polislər cəsədi tapanda, it artıq Patinsonun üzü və qarnını yeyibmiş.

Qlen Patinsonun 10 gün əvvəl öldüyü təxmin edilir. Ölüm səbəbi isə tibbi ekspertiza tərəfindən araşdırılır. Amma polis şübhəli heç nə tapılmadığını, böyük ehtimalla ac qalan itin artıq ölmüş insanın meyitini yeməyə başladığını bildirib.