Ginnes rekordçusu hamının gözü qarşısında gözlənilməz addım atdı

Çilal: Onun dırnaqlarının uzunluğu 9 metrdən çox olub
Sputnik

BAKI, 14 iyul — Sputnik. 2014-cü ildə Ginnesin Rekordlar Kitabına düşən dünyanın “ən uzun dırnaqlı adamı” Şridar Çilal 6 il uzatdığı dırnaqlarını ABŞ-da tədbirlərin birində kəsib.

Şridar Çilal

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 4 il öncə “ən uzun dırnaqlı adam” kimi Ginnesin Rekordlar Kitabına düşən hindistanlı dırnaqlarını “Belive it or not” (“İstər inan, istər inanma”) muzeyində keçirilən tədbirdə kəsib. Onun dırnaqlarının uzunluğu 9 metrdən çox olub. Çilal dırnaqlarını ona görə kəsib ki, artıq hərəkət edə bilməyib, yaşam tərzinə təsir edib.

Çilal dırnaq uzatmasının tarixçəsini də danışmağı unutmayıb: “Məktəbdə dostum ilə təsadüfən müəllimimin dırnağını qırmışdıq. Müəlliməm də bizi vurmuşdu və demişdi ki, uzun dırnağın nə olduğunu heç vaxt bilməyəcəyik. Mən də məhz həmin gündən dırnaqlarımı uzatmağa başladım”.