TƏHLİL

Çin valyutasının zəifləməsi dünyaya nə vəd edir – iqtisadçı təhlili

İqtisadçı-alim Müslüm İbrahimov deyir ki, yuanın zəifləməsi bazarda rəqabət qabiliyyətinin aşağı endirilməsi və Çin məhsullarının artmasına gətirib çıxaracaq
Sputnik

Müslüm İbrahimov: “Yuanını zəifləməsinin müsbət və mənfi təsirləri var”
Çin Xalq Bankı ABŞ-la ticarət müharibəsi fonunda yuanın məzənnəsini kəskin azaldıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a  deyir ki, Çin hər zaman devalvasiya siyasəti həyata keçirib: 

“Çünki bu birinci növbədə onun ticarəti ilə bağlıdır. Yəni yuanın zəifləməsi Çinin ticarət dövriyyəsinin artmasına səbəb olacaq.  Bunun bəzi ölkələr üçün müsbət və mənfi təsirləri var. Bu dünya ölkələrində ixrac potensialının azalmasına səbəb olacaq. Həm də bazarda rəqabət qabiliyyətinin aşağı endirilməsi və Çin məhsullarının artmasına gətirib çıxaracaq. Bununla valyuta müharibələri özünü büruzə verəcək. Yəni, digər ölkələr də devalvasiya siyasəti həyata keçirməyə cəhd göstərə bilərlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz