CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki nəfər Xəzərin qurbanı oldu

Batanlardan 2 nəfər sudan sağ çıxarılsa da...
Sputnik

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Xəzərin Lənkəran rayonu ərazisində boğulma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 3 nəfər dənizdə çimərkən batıb.

Boğulanlardan 2 nəfər xilas edib. Lakin onlardan biri, 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Şəmsəddin Aslanov xəstəxanaya aparılarkən dünyasını dəyişib. Sudan sağ çıxarılan digər şəxs isə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Mərhum Ş.Aslanovun meyiti müayinə edilməsi üçün aidiyyatı orqanlara təhvil verilib.

Dənizdə boğulan 3-cü şəxsin axtarışları isə hələ davam edir.