CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təşkilat ictimaiyyətə hesabat verəcək

"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək
Sputnik

BAKI, 13 iyul — Sputnik. "Biosfer" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

Tədbir 16.07.2018-ci il tarixində saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində başlayacaq. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, "Biosfer" İB-nin sədri Qorxmaz İbrahimli, layihə rəhbəri Tural Məmmədov, təlimçi ekspertlər, təlimə cəlb edilmiş uşaqlar və onların valideynləri iştirak edəcəklər.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru