HADİSƏ

DİN əməkdaşları iki cinayət faktının üstünü açıblar

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib
Sputnik

BAKI, 13 iyul — Sputnik. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Mahrızlı kəndinin ərazisində baş vermiş oğurluğun üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Kənd sakini Ə.Abbasovun avtomobilindən oğurluğa cəhd göstərməkdə, V.Məmmədlinin və R.Əhmədovun avtomobillərindən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ağəli Salahov saxlanılıb. Onun həmin gün V.Məmmədlinin "Mercedes" markalı avtomobilini qaçırmağa cəhd göstərdiyi də müəyyən edilib.