Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Brüsseldə keçirilən görüş daha çox tanışlıq xarakteri daşıyırdı: “Nə Azərbaycan, nə də Ermənistan tərəfi bu danışıqlardan heç nə gözləmirdi. Son vaxtlar Ermənistan siyasi rəhbərliyi tərəfindən yeni təkliflər səsləndirilir. Onlar istəyirlər ki, qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak etsin. Ancaq Azərbaycan tərəfi ermənilərin bu təklifini rədd edir. Əgər erməni tərəfi Azərbaycanın mövqeyini dəstəkləsə, danışıqlar prosesi davam edəcək, əks halda bu, hərbi ssenarilərin reallaşmasına yol açacaq”.
Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov — Rusiya Federasiyası, Stefan Viskonti — Fransa və Əndrü Sxofer — ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz