Polislərə əmr edildi, tez bir zamanda arıqlamalıdırlar

Son 18 ay ərzində 100-dən çox polis artıq çəki səbəbindən dünyasını dəyişib
Sputnik

BAKI, 13 iyul — Sputnik. Hindistanda yaşam tərzləri ilə əlaqədar olaraq polislər arasında müxtəlif xəstəliklər yaranıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 18 ay ərzində 100-dən çox polis artıq çəki səbəbindən müxtəlif xəstəliklərə tutulub və dünyasını dəyişib. Bunu nəzərə alan rəhbərlik, onların haqqında sərt qərar qəbul edilib.

Polislərin siqaret, içkidən istifadə etmələri, düzgün qidalanmamaları, idman etməmələri onların sağlamlığına böyük ziyan vurub. Onların bu cür zərərli vərdişləri unutmaları və normal həyata qayıtmaları üçün kömək ediləcək.

Polislərin arıqlamaları üçün üzgüçülük kursları, müxtəlif idman növləri üzrə zallar onların istifadəsinə verilib. Bütün bunlar dövlət proqramı səviyyəsində həyata keçirilir.