Daşgil vulkanı Bakıdan 80 kilometr uzaqlıqda Ələt qəsəbəsinin yaxınlığında yerləşir. Vulkanının palçığı müalicəvi xüsusiyyətə malikdir. Məhz buna görə də insanlar oraya şəfa tapmaq ümidi ilə üz tuturlar. Biz də qərara gəldik ki, sözügedən məkana yollanaq və Daşgilin "sehrini" öz gözümüzlə görək.
Bakıdan vulkan yerləşən əraziyə müxtəlif yollarla getmək mümkündür. Qobustan ərazisindən vulkana gedən yol kələ-kötür və təhlükəlidir. Ən rahatı Ələt qəsəbəsindən keçən yoldur.
Qeyd edək ki, turizm şirkətləri vulkanlara səyahətləri adambaşına 50-85, şəxsi avtomobil sürücüləri isə 50 manata həyata keçirir.