Tramp NATO-da hamını təhdid etdi: Qurumdan çıxarıq

Ölkəsinin NATO-ya ən çox vəsait ayıran ölkə olduğunu qeyd Tramp bunun ədalətsizlik olduğunu və ölkəsinin bütün Avropanı qoruduğunu diqqətə çatdırıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, bunu Almaniyanın "DPA" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

"Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhsullarının 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar" — deyə Tramp Brüsseldə NATO sammitində çıxışı zamanı qeyd edib.

Ölkəsinin NATO-ya ən çox vəsait ayıran ölkə olduğunu qeyd Tramp bunun ədalətsizlik olduğunu və ölkəsinin bütün Avropanı qoruduğunu diqqətə çatdırıb.