Sürücülərə xəbərdarlıq olunur

İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub
Sputnik

BAKI, 12 iyul — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.