Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Fransanın Bakıdakı səfiri Oreliya Buşez ölkəsinin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, səfir Fransanın bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb.
"Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq", — deyə Buşez bildirib.