“Kediciklər” ac qalacaq: Adnan Oktarın əmlakı müsadirə edildi

Adnan Oktarın rəhbərlik etdiyi bütün şirkətlərə qəyyum təyin olunub
Sputnik

BAKI, 12 iyul — Sputnik. Bu gün həbs olunan Adnan Oktar haqqında çirkli pulların yuyulması ilə bağlı istintaq başlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Adnan Oktarın əmlakları müsadirə edilib, onun rəhbərlik etdiyi bütün şirkətlərə qəyyum təyin olunub.

Qeyd edək ki, Türkiyədə "Adnan Hoca" kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb. Böyük əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib. Adnan Oktar Çengelköydeki evində saxlanılıb. A.Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Bölgəyə xüsusi təyinatlı polislər göndərilib. Adnan Oktar mütəşəkkil cinayətkar təşkilat qurmaq, siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara təcavüzdə ittiham edilir. Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.