CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc oğlan Qazaxda süni göldə batdı

Fərəhli kənd sakini, 25 yaşlı İsmayılov Ozal Rəşid oğlu göldə cimən zaman boğulub
Sputnik

BAKI, 11 iyul — Sputnik. Qazaxda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini Abbasbəyli kəndi ərazisində yerləşən süni göldə batıb.

Belə ki, rayonun Fərəhli kənd sakini, 25 yaşlı İsmayılov Ozal Rəşid oğlu göldə cimən zaman boğulub.

Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda batan şəxsin meyiti axtarılır.