HADİSƏ

İlan, böcək, indi də arı basqınına məruz qalmışıq

Vəziyyəti ağırlaşan xəstə dərhal xəstəxanaya yerləşdirilib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Qax rayon sakinini arı sancıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əmbərçay kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Südabə Cəfərova mürəbbə ilə çay içən zaman arı onun dilindən sancıb. Vəziyyəti ağırlaşan xəstə dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, bu günlərdə müxtəlif rayonlarda ilan və zəhərli böcəklərin vətəndaşları sancması ilə bağlı xəbərlər gəlir.