İsrailli nümayəndə heyəti Azərbaycanda: Vacib anlaşma əldə olundu

Müdafiə Sənayesi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş keçirilib
Sputnik

BAKI, 11 iyul — Sputnik. İyulun 11-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin "Aeronautics" şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir müavini Yedidia Yaarini "Aeronautics" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolunun imzalanması

Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə "Aeronautics" şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış "AZAD Systems" müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib. Sonda Müdafiə Sənayesi Nazirliyi ilə "Aeronautics" şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.