Ağ Evdən gözlənilməz Türkiyə çağırışı

"Türkiyə NATO üzrə önəmli bir müttəfiqimizdir"
Sputnik

BAKI, 11 iyul — Sputnik. Senatın Türkiyəyə "F-35" qırıcılarının satışını məhdudlaşdırması Ağ Evin etirazına səbəb olub. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bununla bağlı Ağ Evdən açıqlama yayılıb.

"Tramp-Ərdoğan görüşü öncəsi "F-35" təyyarələri ilə bağlı sıxıntı yaradaraq işimizi daha da çətinə salmayın" — deyə Ağ Ev Konqresə çağırış edib.

Çağırış məktubunda deyilir ki, Türkiyə NATO üzrə önəmli bir müttəfiqimizdir və 2002-ci ildən bəri "F-35" proqramının iştirakçılarındandır: "Ağ Ev Konqresin qayğılarını anlayır, ancaq bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə ilə əməkdaşlığı məhdudlaşdırmağın əleyhinəyik".