BAKI, 11 iyul — Sputnik. Türkiyədə "Adnan Hoca" kimi tanınan Adnan Oktar və qrupuna qarşı çinayət işi açılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın ən yaxın köməkçisi Tarkan Yavaşın tutulması mümkün olmayıb. Əməliyyatdan xəbər tutan Tarkan qaçmağı bacarıb.
Verilən məlumata görə, Tarkan Yavaş 20 cinayətdə günahlandırılır. Onların arasında azyaşlı qız uşağına təcavüz etmək, eləcə də fırıldaqçılıq maddələri var.
Türkiyə polisi Tarkan Yavaşın həbsi üçün qırmızı bülleten elan edib. Onun təhlükəli və silahlı olduğu bildirilir.
https://www.cnnturk.com/turkiye/adnan-oktar-orgutunun-2-numarali-ismi-kacti?utm_content=bufferc1f1d&utm_medium=social&utm_source=twitter.com&utm_campaign=buffer