HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub
Sputnik

BAKI, 10 iyul — Sputnik. Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.