HADİSƏ

Qusarlılara dəhşət yaşadan şəxs ələ keçdi

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib
Sputnik

BAKI, 10 iyul — Sputnik. İyulun 8-də Qusar rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Emin Bədəlovun meyiti tapılıb, Zakir İsgəndərov saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə İ.Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə S.Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Gedəzeyxur kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimi zamanı, gecə saat 23.30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Kənd sakinlərinin sözlərinə görə, İlham Qədirovu toyu olan Elnur Babayevin dayısı, 39 yaşlı Səlim Mirzəbəyov bıçaqlayıb. Mərhum İlham Qədirov bəyin sağdışı olub. Onunla bəyin dayısı Səlim Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Mübahisə nəticəsində bəyin dayısı qonağı bıçaqlayıb.