SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək"
Sputnik

BAKI, 10 iyul — Sputnik. “Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: “Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında gündəmə gəldi

İ.Əliyev qeyd edib ki, Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir.

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib: “Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”.

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək".

Bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub" — deyə dövlət başçısı vurğulayıb.