CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə sabitliyin pozulmasına cəhd olub, polisə xəsarət yetirilib

200 nəfərlik dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib
Sputnik

BAKI, 10 iyul — Sputnik. Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sayı 200 nəfərə yaxın olan dəstə saat 20:40 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində  aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.
Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir. 
Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.