CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropanın mərkəzində mühüm qərar: Azərbaycana illərlə gözlənilən icazə gəldi

Sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir
Sputnik

BAKI, 10 iyul — Sputnik. Fransanın müdafiə sənaye şirkətləri Azərbaycan silahlı qüvvələri ilə əlaqələr yaratmağa çalışır. Sputnik Azərbaycan xəbər verir ki, "AzeriDefence" nəşrinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa, hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib.

Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıb.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir. Builki ADEX-də Fransa müdafiə sənayesini MBDA Systems, CİFAL Group, "Naval Group", "Airbus Defense", "Etienne Lacroix", "Nexter Systems", "Proengin", "Thales" və digər şirkətlər təmsil edəcəklər.