BAKI, 10 iyul — Sputnik. Bu gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.
Sputnik Azərbaycan-ın Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, Ərdoğanın Azərbaycana səfəri davam edir.
Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın Azərbaycana rəsmi səfərə başlayıb. Ərdoğan, iyulun 9-da prezident kimi and içdikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib.