BAKI, 10 iyul — Sputnik. "Turan Bank" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının 29 iyun 2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.
Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Turan Bank"ın İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən Rauf Kazımov Bankın Müşahidə Şurasının sədri seçilib. O, bu vəzifədə başqa işə keçmiş Fuad Musayevi əvəz edib.
Bundan başqa, İH sədrinin I müavini Fəzail Musayev sədr vəzifəsinə, İH-nin üzvü Orxan Qarayev sədr müavini vəzifəsinə təyin olunub.