Günvurma diaqnozu ilə müraciət edənlərin sayı açıqlanıb

Müraciət edən 75 nəfərdən 54-ü kişi, 17-si qadın, 4-ü azyaşlıdır
Sputnik

BAKI, 9 iyul — Sputnik. Havaların isti keçməsi ilə əlaqədar bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O deyib ki, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Təcili yardıma müraciət edən 75 nəfərdən 54-ü kişi, 17-si qadın, 4-ü azyaşlıdır. Müraciət edənlərin arasında onların həyatı üçün təhlükə yoxdur.