SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Novruz Məmmədov Ərdoğanın andiçmə mərasiminə qatılacaq

Mərasimdə 22 ölkənin prezidentinin iştirak edəcəyi gözlənilir
Sputnik

BAKI, 9 iyul — Sputnik. Bu gün Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyədə rəsmi səfərdə olacaq. Sputnik Azərbaycan verir ki, N.Məmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, bu gün Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidentinin, 28 dövlətin baş naziri və parlament sədrinin, 6 beynəlxalq təşkilatın baş katibinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Ərdoğan iyunun 24-dı keçirilən növbədənkənar prezident seçkilərində 52.5 faiz səs toplayaraq ilk turda qalib gəlib.